Naxçıvanda 10 ayda istehlakçılara 1,4 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda 10 ayda istehlakçılara 1,4 milyon manat ƏDV qaytarılıb






presstv

"Presstv"az #Audi, #ƏDV Geri Al, #Naxçıvan Muxtar Respublikası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası üzrə istehlakçılara 1.4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25.1 faiz çoxdur.

presstvaz Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, “ƏDV geri al” layihəsinin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3.7 milyon manatdan çox olub.

Yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ilin 10 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 409.8 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 80.1 milyon manat və ya 24.3 faiz çoxdur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv