Hindistan Banqladeşlə sərhədin yaxınlığında böyük kəşfiyyat mərkəzi yaradır

Hindistan Banqladeşlə sərhədin yaxınlığında böyük kəşfiyyat mərkəzi yaradır






presstv

"Presstv"az #Audi, #Çin, #Gəmi, #Hakim, #Hindistan, #Müharibə, #Pakistan, #Qırıcı təyyarə, #təyyarə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hindistan ordusu Assam ştatında, Banqladeşlə sərhəddən 40 kilometr məsafədə böyük kəşfiyyat mərkəzinin, habelə hava-desant və ordu bölmələrinin yerləşdirilməsi üçün ilk hərbi bazanın tikintisinə başlayıb.

presstvaz xəbər verir ki, bu barədə məlumatı “Press Trust of India” (PTI) agentliyi yayıb.

Bildirilir ki, bu obyektlərin inşası transmilli cinayətkarlığın artması, regionda fundamentalist qrupların fəallaşması, habelə Hindistanın şimal-şərqini ölkənin qalan ərazisi ilə birləşdirən 22 kilometrlik strateji əhəmiyyətli Siliquri dəhlizinin Banqladeş tərəfindən bağlanması ehtimalı ilə əlaqədar aparılır.

Ekspertlərin sözlərinə görə, Nyu-Delhi Pakistanın yüksəkvəzifəli siyasətçi və hərbçilərinin Banqladeşə tez-tez səfər etmələrindən narahatdır. Banqladeş hakimiyyətinin Siliquri dəhlizi yaxınlığındakı Lalmonirhat aerodromunun Çin tərəfindən istifadə olunmasına icazə verməsi də Hindistanı təşvişə salıb.

Banqladeş bu ilin əvvəlində hərbçilərinə təlim keçilməsi xahişi ilə Pakistan ordusuna müraciət edib. Bu, 1971-ci ilin azadlıq müharibəsindən sonra hərbi sahədə ilk belə əməkdaşlıq olmalıdır. Üstəlik, Dəkkə İslamabaddan 32 “JF-17” qırıcı təyyarəsi almaq niyyətini açıqlayıb və 50 il ərzində ilk dəfə Pakistan Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin öz limanına girməsinə icazə verib.

Qeyd edək ki, 1971-ci ilin mart ayında Banqladeş müstəqilliyini elan edərək Pakistandan ayrılıb. Hindistan-Pakistan müharibəsi (1971-ci il dekabrın 3-16-da) Pakistanın məğlubiyyəti ilə başa çatıb. Banqladeş hökumətinin məlumatına görə, müharibədə üç milyon insan həlak olub. Müstəqil tarixçilər hesab edirlər ki, təxminən, 500 min insan qırılıb.

2024-cü ilin avqust ayının əvvəlində Banqladeşdə hökumət əleyhinə nümayişlər başlayıb. Baş nazir Şeyx Hasina istefa verərək ölkəni tərk edib və Hindistana uçub. Bəzi məlumatlara görə, ona və hökumətinə qarşı etirazların yatırılması zamanı təxminən 1 500 nəfər həlak olub, 19 900-dən çox insan yaralanıb.

Avqustun 8-də Banqladeşdə Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun başçılıq etdiyi müvəqqəti hökumət and içib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv