Liviya sahillərində gəmi qəzaya uğrayıb: 40-dan çox adam itkin düşüb

Liviya sahillərində gəmi qəzaya uğrayıb: 40-dan çox adam itkin düşüb






presstv

"Presstv"az #Audi, #Gəmi, #Hadisə, #Liviya, #Niger, #Nigeriya, #Somali

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mərkəzi Aralıq dənizində Sudan, Somali, Kamerun və Nigeriyadan olan miqrantları daşıyan rezin qayıq çevrilib.

presstvaz unn.ua-ya istinadla xəbər verir ki, hadisə barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Bildirilir ki, qəza Liviya sahillərində, Əl-Buri neft yatağı yaxınlığında baş verib.

Gəmi noyabrın 3-də gecədən keçmiş Zuvaradan yola düşüb. Onun içərisində 49 miqrant (ikisi qadın) olub.

Qayıq təxminən altı saat üzəndən sonra dalğalar onu cənginə alıb, mühərrikini sıradan çıxarıb. Nəticədə qayıq çevrilib, sərnişinlər dənizə düşüblər.

Məlumata görə, 42 nəfər itkin düşmüş və ölmüş hesab edilir. Yeddi adam altı gün davam məşəqqətlərdən sonra xilas edilib.

Qeyd edək ki, bu il yüzlərlə adam Liviyadan Aralıq dənizini keçməyə cəhd edərkən həyatını itirib. Mərkəzi Aralıq dənizi marşrutu qaçqınlar üçün dünyada ən təhlükəli marşrutlarından biri hesab edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv