Pendirin beyinə faydası nədir?

Pendirin beyinə faydası nədir?






presstv

"Presstv"az #Araşdırma, #Demensiya, #Sağlamlıq, #Təhsil, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müntəzəm olaraq pendir yemək demensiyanın (ağıl zəifləməsinin) inkişaf ehtimalını azalda bilər.

presstvaz xəbər verir ki, bu nəticə "Nutrients" jurnalında dərc olunan yeni elmi araşdırmada göstərilib.

Tədqiqat 65 yaşdan yuxarı 7900-dən çox yapon sakininin sağlamlıq göstəricilərinə əsaslanıb. Onlar 2019-2022-ci illərdə həyata keçirilən milli layihə çərçivəsində müşahidə olunublar. Alimlər pendiri ən azı həftədə bir dəfə yeyən iştirakçıları bu məhsulu qida rasionuna daxil etməyənlərlə müqayisə ediblər.

Nəticələrə görə, pendir yeyənlər arasında demensiya 3,4% hallarda qeydə alınıb, pendir yeməyənlərdə isə bu göstərici 4,5% təşkil edib. Cins, yaş, gəlir səviyyəsi, təhsil və ümumi sağlamlıq nəzərə alındıqdan sonra məlum olub ki, pendir yeyənlərin idrak pozğunluğu riski 24% aşağıdır.

Alimlərin fikrincə, pendirin bu müsbət təsiri onun tərkibindəki K2 vitamini, antioksidantlar, zülallar və probiotiklərlə əlaqəli ola bilər. Bu maddələr bağırsaq mikroflorasını gücləndirir, orqanizmdəki iltihabı azaldır və damar sağlamlığını yaxşılaşdırır və bütün bunlar demensiya riskini azaltmağa kömək edir.

Tədqiqatçılar qeyd edirlər ki, Yaponiyada pendirin qoruyucu effekti xüsusilə nəzərə çarpır, çünki ölkədə ümumilikdə süd məhsullarının istehlakı aşağıdır. /Axşam.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv