Türkiyə XİN rəhbəri: “Axtarış-xilasetmə işlərini yaxından izləyirik”

Türkiyə XİN rəhbəri: “Axtarış-xilasetmə işlərini yaxından izləyirik”






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Başsağlığı, #DNT, #Gürcüstan, #Hakan Fidan, #Maka Boçorişvili, #təyyarə, #Türkiyə, #Türkiyə Milli Müdafiə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan “C-130” hərbi yük təyyarəsində həlak olan şəxsi heyət üçün başsağlığı verib.

presstvaz xəbər verir ki, bu barədə XİN başçısı özünün “X” hesabında yazıb.

H.Fidan axtarış-xilasetmə işlərinin Gürcüstan hökuməti ilə əməkdaşlıq çərçivəsində yaxından izlənildiyini bildirib.

“Azərbaycandan qayıdarkən qəzaya uğrayan hərbi yük təyyarəsi ilə bağlı Gürcüstan hökuməti ilə birlikdə axtarış-xilasetmə işlərini yaxından izləyirik. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə səbr diləyirəm. Əziz millətimə başsağlığı verirəm”, – H.Fidan yazıb.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi qəzaya uğrayan C-130 hərbi yük təyyarəsində uçuş heyəti də daxil olmaqla ümumilikdə 20 şəxsi heyətin olduğunu və bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb. Bu arada, Fidan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə də telefonla danışıb və axtarış-xilasetmə prosesi barədə məlumat mübadiləsi aparıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv