Çində qeyri-adi məhkəmə prosesi: Şirkətin tutarlı sübutları qəbul edilməyib

Çində qeyri-adi məhkəmə prosesi: Şirkətin tutarlı sübutları qəbul edilməyib






presstv

"Presstv"az #Audi, #Çin, #Dollar, #Həkim, #Məzuniyyət

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çində qeyri-adi məhkəmə prosesi keçirilib.

presstvaz SCMP-yə istinadən xəbər verir ki, bir şirkət ayaq ağrısı səbəbi ilə xəstəlik məzuniyyətinə çıxan şəxsi işdən qovub.

Buna səbəb ayağı ağrıyan şəxsin həmin gün 16 min addım atması göstərilib. Üstəlik, o, küçə ilə ofisə qaçarkən kameraya düşüb.

İşçi ədalətsiz şəkildə işdən çıxarıldığını iddia edərək, şirkəti məhkəməyə verib və qalib gəlib.

Xəbərdə bildirilir ki, işçi fevral ayında belindən xəsarət alıb, həkimə müraciət edib və diaqnoz əsasında bir aylıq məzuniyyətə göndərilib.

Daha sonra o, ofisə qayıdıb, lakin günün yarısından az bir müddətdə onu xəstəxanaya qaytarıblar – bu dəfə sağ ayağındakı ağrı səbəbindən. Həkimlər ona daha bir həftə istirahət etməyi məsləhət görüblər. Yeddi gündən sonra o, eyni şikayətlərlə xəstəxanaya qayıdıb. Onun xəstəlik məzuniyyəti rəsmi olaraq daha bir neçə gün uzadılıb. İşçi həkimdən aldığı bütün sənədlərini səliqəli şəkildə şirkətə təqdim edib.

Məhkəmənin qərarına görə, şirkət keçmiş işçisinə 16 700 dollar təzminat ödəməlidir.

Bundan sonra şirkət özü işçisinə qarşı iddia qaldırıb.

Məhkəməyə işçinin xəstəlik məzuniyyətində olduğu müddətdə şirkətə doğru qaçdığı görüntülər də təqdim edilib. Şirkət çinli şəxsin həmin gün 16 min addım getdiyini göstərən bir proqram qeydini də məhkəməyə sübut kimi göndərib. Şirkətin işçinin telefonuna necə daxil olduğu göstərilməyib.

İşçinin bütün xəstəxana sənədləri, arayışlar, kürəyinin və ayağının rentgenoqrafiyasının əlavə etdiyini xəstəlik məzuniyyətinin tamamilə qanuni olduğu təsdiqlənib.

İki prosesindən sonra məhkəmə şirkətin əleyhinə qərar çıxarıb və əməkdaşın işdən qovulmasını qanunsuz hesab edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv