2025-ci ildə ən çox tələbat olan peşələr AÇIQLANDI

2025-ci ildə ən çox tələbat olan peşələr AÇIQLANDI






presstv

"Presstv"az #Audi, #Əmək bazarı, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən 2025-ci il üzrə iş elanlarının təhlili aparılıb.

presstvaz xəbər verir ki, təhlilin nəticələrinə əsasən ölkənin əmək bazarındakı əsas tendensiyalar və tələbat istiqamətləri müəyyən edilib.

Ən çox vakansiya elan edilən sahələr topdan və pərakəndə ticarət, maliyyə və sığorta, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, tikinti sektorudur. Bu sahələr əmək bazarında tələbatın əsas istiqamətlərini formalaşdırır.

Əmək bazarında iş imkanlarının genişlənməsinə ən çox töhfə verən müəssisələr arasında banklar (8.2%), tikinti-quraşdırma şirkətləri (6.9%), otellər (4.9%) və tədris-təlim müəssisələri (4.7%) yer alır.

İşəgötürənlərin ən çox ehtiyac duyduğu kadrlar satış təmsilçiləri (8%), mühasiblər (6.6%) və satınalma-təchizat üzrə mütəxəssislərdir (3.2%).

Ən çox tələb olunan müstəqil peşələr isə sürücü, aşpaz və elektrik ustalarıdır.

Ümumilikdə 264 peşə və vəzifə qrupu üzrə qeydə alınan vakansiyaların yalnız 26.3%-ində əməkhaqqı açıq şəkildə göstərilib:

  • Orta əməkhaqqı – 965 manat
  • Median əməkhaqqı – 800 manat
  • Ən çox təklif olunan əməkhaqqı intervalı – 601-1000 manat

Ən yüksək orta əməkhaqqı İKT, mühəndislik, memarlıq, proqramçılıq və layihə idarəçiliyi sahələrində müəyyən olunub.

Təhlillərə əsasən, 2025-ci ildə işəgötürənlər tərəfindən ən çox tələb olunan yumşaq bacarıqlar arasında ünsiyyət bacarıqları faiz nisbəti ilə üstünlük təşkil edir.

2025-ci ildə ən çox tələbat olan peşələr AÇIQLANDI


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv