Dünyanın heyrətlə izlədiyi türk: Haluk Bilginerin uğurunun arxasında nə var?

Dünyanın heyrətlə izlədiyi türk: Haluk Bilginerin uğurunun arxasında nə var?






presstv

"Presstv"az #Audi, #İngiltərə, #London, #Təhsil, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayı türk kinosunun istedadlı adlarından biri olan Haluk Bilginərə həsr olunub.

Haluk Bilginər 1954-cü il iyunun 5-də İzmirdə dünyaya gəlib.

Uşaqlıq illərində sakit və müşahidəçi təbiəti ilə seçilən Bilginər məktəb illərindən səhnəyə maraq göstərməyə başlayıb. İzmir Atatürk liseyində oxuyarkən məktəb teatrından çıxış edərək ilk dəfə tamaşaçı alqışlarını alıb və bu hiss onun həyat yolunu müəyyənləşdirib.

1971-ci ildə Ankara Dövlət Konservatoriyasının teatr bölməsinə daxil olan Haluk Bilginər burada Türkiyənin tanınmış teatr ustalarından dərs alıb.

1977-ci ildə təhsilini başa vurduqdan sonra Ankara Dövlət Teatrında fəaliyyətə başlayıb və bir sıra tamaşalarda rol alıb.

Elə həmin il İngiltərəyə yollanan Bilginər Londonda yerləşən məşhur London Academy of Music and Dramatic Art akademiyasında təhsil alıb. Bu illər onun sənət həyatında dönüş nöqtəsinə çevrilib.

İngiltərədə yaşadığı müddətdə ingilis dilində səhnə texnikasını mükəmməl mənimsəyib və Qərb teatr məktəbinin prinsiplərinə yaxından bələd olub.

Londonda “My Fair Lady” – “Mənim gözəl xanımım”, “Phantom of the Opera” – “Opera ruhu” kimi tamaşalarda, eləcə də “East Enders” – “Şərq sakinləri” adlı televiziya layihəsində rol alaraq beynəlxalq səviyyədə təcrübə toplayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv