Qazlı suyun bilinməyən faydaları

Qazlı suyun bilinməyən faydaları






presstv

"Presstv"az #Araşdırma, #Arıqlama, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiyanın Küsü Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, qazlı su hüceyrələrin şəkər qəbulunu sürətləndirərək maddələr mübadiləsinə təsir göstərə bilər.

presstvaz xəbər verir ki, tədqiqatlar göstərir ki, qazlı sudakı karbon qazı orqanizmə daxil olduqdan sonra qismən qan vasitəsilə bikarbonata çevrilir. Bu maddə qanın kimyəvi xüsusiyyətlərinə təsir edərək, qırmızı qan hüceyrələrinin içində pH səviyyəsini artırır. Bu dəyişiklik isə qlikoliz adlanan prosesin sürətlənməsinə səbəb olur, yəni hüceyrələr şəkəri daha sürətlə enerji mənbəyinə çevirir.

Alimlər bu təsiri hemodializ zamanı müşahidə olunan proseslərlə müqayisə ediblər. Hemodializdə də karbon qazından istifadə olunur və maddələr mübadiləsini oxşar şəkildə stimullaşdırır.

Tədqiqatda iştirak edənlərin qan şəkərində ciddi dəyişiklik müşahidə edilməsə də, alimlər hesab edir ki, qazlı su enerji mübadiləsinin tənzimlənməsində müəyyən fayda verə bilər. Onların fikrincə, qazlı su arıqlama vasitəsi deyil, lakin toxluq hissini artıraraq qlükozanın müvəqqəti azalmasına kömək edə bilər.

Tədqiqatçılar əlavə edib ki, bu nəticələr maddələr mübadiləsinin pozulmasının qarşısını almaq məqsədilə daha geniş elmi araşdırmalara yol açmalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv