Tikintidə istifadə olunan bu materiallar insan sağlamlığı üçün zərərlidir – VİDEO

Tikintidə istifadə olunan bu materiallar insan sağlamlığı üçün zərərlidir – VİDEO






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bəzi tikinti materialları insan sağlamlığı üçün zərərlidir.

Bunu “Xəzər Xəbər”ə açıqlamasında inşaat üzrə ekspert Elnur Azadov bildirib. Xezerxeber.az-ın məlumatına görə,

O, qeyd edib ki, zərərli inşaat materiallarından ən təhlükəlisi istifadəsi dayandırılan asbestdir: “Lakin bununla belə, təəssüf ki, hələ də çox istifadə olunan zərərli inşaat materialları mövcuddur. Təhlükəli məhsullardan biri də mebel istehsalında tanıdığımız formaldehiddir. Ondan mətbəx mebeli və digər mebellərdə yapışdırıcı kimi istifadə edilir”.

Elnur Azadov əlavə edib ki, xüsusən uşaqlar üçün təhlükəli hesab olunan inşaat mallarından biri də müəyyən maddə və materiallardan istifadə olunmaqla hazırlanmış döşəmələrdir.

Ekspert bildirib ki, istehlakçılar inşaat materialları seçərkən, tərkibi ilə tanış olmurlar.

Qeyd edək ki, ölkəmizdə tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni tədbirlər paketi hazırlanır. Yeni mexanizmlər tikintiyə nəzarət və təhlükəsizlik standartlarının dəqiqləşdirilməsini nəzərdə tutur. Tikinti ərazilərində ekoloji və radioloji risklərin qiymətləndirilməsi və idarə olunması üçün hüquqi baza yaradılacaq. Sağlamlığa zərərli tikinti materiallarının istifadəsinə məhdudiyyətlə bağlı qadağalar gücləndiriləcək.

Daha ətraflı videomaterialı təqdim edirik.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv