BMT-nin mənzil-qərargahı qarşısında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

BMT-nin mənzil-qərargahı qarşısında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #Azərbaycan, #Nyu-York, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahı qarşısında 8 Noyabr – Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası keçirilir.

presstvaz “Report”a istinadən xəbər verir ki, Nyu-York şəhərində Zəfər Günü ilə bağlı başladılan məlumatlandırma kampaniyası ABŞ-Azərbaycan Gənclər Federasiyasının təşəbbüsü və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Zəfər Günü ilə bağlı tarixi faktların qeyd olunduğu LED ekranlı avtomobilin ilk dayanacağı BMT-nin qərargah binasının önü olub.

Ekranlarda Azərbaycanın dövlət bayrağı, “Qarabağ sülhün və ümidin məkanıdır”, “5 illik qələbən mübarək, Azərbaycan”, “Azərbaycanın zəfəri, ədalətin qələbəsi”, “Qarabağda davamlı sülh naminə birliyimiz əbədidir”, “Zəfər qəhrəmanlarını ehtiramla yad edirik”, “Azərbaycan qalib gəldi və Qafqazda sülhü, həmrəyliyi möhkəmləndirdi”, “Qarabağ – sülhün və ümidin diyarı”, “Azərbaycan – 5 illik cəsarət, 5 illik qürur!” şüarları və xarıbülbüllə azad olunmuş ərazilərin təsvirləri əks olunub.

BMT diplomatları ABŞ-Azərbaycan Gənclər Federasiyasının üzvlərinə yaxınlaşaraq Azərbaycanı Zəfər Günü münasibətilə təbrik ediblər.

LED ekranlı avtomobil bir neçə saat ərzində BMT binasının ətrafında dövrə vurub. Avtomobil gün ərzində Nyu-Yorkun müxtəlif küçə və meydanlarını dolaşaraq yerli sakinləri Azərbaycan tarixinin parlaq səhifəsi olan tarixi Zəfər barədə məlumatlandıracaq. Növbəti dayanacaq isə Nyu-Yorkun simvolu hesab olunan dünyaca məşhur “Times” meydanı olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv