Məktəblərdə valideynlərə “iltizam müqavilələri” təqdim edilir? – Agentlikdən AÇIQLAMA

Məktəblərdə valideynlərə “iltizam müqavilələri” təqdim edilir? – Agentlikdən AÇIQLAMA






presstv

"Presstv"az #Audi, #Sosial şəbəkələr, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlər məktəblərdə valideynlərə iltizam müqavilələri təqdim edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, iltizam müqaviləsi adlandırılan bu sənədi hər məktəb öz seçimi ilə müəyyən qaydalarla tərtib edir.

Daha sonra valideynlər bütün öhdəlikləri üzərlərinə götürərək sənədə imza atırlar.

Keçirilən sorğu əsasında məlum olub ki, bəzi şəxslər maddələrin düzgün olmasını tələb edir, bəziləri isə bununla razıdır.

Məsələyə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən mövqe bildirilib. Qeyd edilib ki, təhsil müəssisəsinin nizamnaməsinə əsasən, hər məktəb daxili intizam qaydası təsdiq edib.

Qurumdan valideyinlərə müraciət edilib ki, övladlarının məktəb həyatında fəal iştirak etsinlər. Onların dərs davamiyyətinə, geyim qaydalarına, məktəb mühitindəki davranışına və müəllim-şagird münasibətlərinə diqqət yetirsinlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv