Ceyhun Bayramov: “İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi”

Ceyhun Bayramov: “İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ceyhun Bayramov, #Ermənistan, #İlham Əliyev, #Müharibə, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Noyabrın 8-nə yaxın olan günlərdə Ermənistan artıq bizim şərtlərimizi qəbul etməyə hazır idi”.

presstvaz xəbər verir ki, bunu İctimai Televiziyanın efirində yayımlanan “Təmas xətti” verilişində xarici işlər naziri Ceyhun Bayramov 44 günlük müharibə günlərində aparılan diplomatik qarşıdurma barədə danışarkən deyib.

Onun sözlərinə görə, müharibənin son günlərində danışıqlar birbaşa Azərbaycan və Rusiya prezidentləri arasında aparılıb. Məhz bu zaman Azərbaycan Prezidenti İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirib – Laçın, Kəlbəcər və Ağdamdan erməni silahlı qüvvələrinin dəqiq çıxarılma tarixi, üçtərəfli bəyanatın müddətli olması və Rusiya sülhməramlılarının əraziyə daxil olmaları ilə erməni silahlılarının ərazidən çıxarılmasının eyni vaxtda icra olunması.

C.Bayramov müharibənin başa çatmasına dair üçtərəfli bəyanatın əhəmiyyətindən də danışıb. O, qeyd edib ki, bu sənəd Azərbaycanı bir çox fəlakətlərdən qoruyub.

“Bu olmasaydı, çox fərqli ssenarilərlə üzləşə bilərdik. Məsələn, Kəlbəcər və Laçının müdafiəsi zamanı bilavasitə Ermənistan ərazisinə zərbələr endirilməli idi. Çünki bu rayonlar Ermənistanla sərhəddədir və biz həmin əraziləri azad edərkən mülki şəxslər də vurula bilərdi. Ermənistan isə KTMT üzvüdür. Biz həmin əraziləri silahla azad etsəydik, nə qədər itkilər verə bilərdik. Əgər biz sülhməramlıların yerləşdirilməsinə razı olmasaydıq, bütün dünyada çox təhlükəli ittihamlarla üzləşəcəkdik. Həmin dövr üçün üçtərəfli bəyanat ən doğru seçim idi”, – deyə nazir vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv