Azərbaycan XİN Zəfər Günü ilə bağlı bəyanat yayıb

Azərbaycan XİN Zəfər Günü ilə bağlı bəyanat yayıb






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Audi, #Azərbaycan, #Azərbaycan Xarici İşlər Nazirliyi, #Böyük Qayıdış, #Cənubi Qafqaz, #Ermənistan, #İlham Əliyev, #Məcburi köçkün, #Müharibə, #Şuşa, #Şuşa şəhəri, #Vaşinqton, #Vətən müharibəsi, #Vəzifə, #Xarici İşlər Nazirliyi (XİN)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb.

presstvaz xəbər verir ki, bəyanatda noyabrın 8-də azərbaycanlıların qəlblərinə həkk olunan bu möhtəşəm tarixin, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbənin bayram edilməsi ilə yanaşı, milli gücün, qətiyyətin və birliyin əbədi rəmzi olduğu bildirilib.

Qeyd olunub ki, beş il öncə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əzmkar liderliyi və Silahlı Qüvvələrimizin misilsiz şücaəti sayəsində otuz ilə yaxın davam edən Ermənistanın hərbi işğalına son qoyularaq Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

“Qarabağ bölgəsinin incisi və Azərbaycanın mədəniyyət mərkəzi – Şuşa şəhərinin azad edildiyi 8 noyabr 2020-ci il tarixində şanlı qələbə ilə özünün kulminasiya nöqtəsinə çatan Vətən müharibəsi xalqımızın tarixində həlledici məqam oldu. Bu zəfər, cəsarəti və fədakarlığı hər zaman hörmətlə anılacaq və təqdir ediləcək şəhid və qazilərimizin qəhrəmanlığı hesabına əldə olundu.

Son beş il ərzində ölkəmiz misli görülməmiş transformasiya və yenidən canlanma dövrünü yaşayır. “Böyük Qayıdış” proqramı vasitəsilə Azərbaycan özünün sarsılmaz iradəsi və irihəcmli resurslarını işğaldan azad olunmuş ərazilərin bərpası kimi nəhəng vəzifənin icrasına yönəldir.

Bir zamanlar xarabalığa çevrilmiş şəhər və kəndlər müasir infrastruktur, ağıllı texnologiyalar və yaşıl enerji həllərindən faydalanmaqla yenidən inşa edilir. Məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi Zəfərimizin ali məqsədi və mahiyyətinin ən parlaq bəyanıdır. Bu kimi genişmiqyaslı yenidənqurma fəaliyyətləri yalnız torpaqlarımızın bərpasına deyil, bu ərazilərin sakinlərinin dayanıqlı gələcəyinin inşasına xidmət edir.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini döyüş meydanında təmin etdikdən sonra, hal-hazırda Cənubi Qafqazda dayanıqlı sülhü və regional əməkdaşlığı ardıcıl şəkildə təşviq edir. Azərbaycan regional sabitlik, əməkdaşlıq və dayanıqlı inkişaf naminə, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında Ermənistan Respublikası ilə münasibətlərin normallaşdırılması prosesində aktiv rol oynayır.

8 avqust 2025-ci il tarixində Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderləri arasında Vaşinqtonda baş tutmuş Zirvə görüşü tarixi əhəmiyyət daşıyır. Vaşinqton Sammitinin yaratdığı müsbət impulsları nəzərəçarpacaq tərəqqiyə çevirmək üçün əsl siyasi iradə və konstruktiv addımlar lazımdır. Bununla əlaqədar, bu kimi mühüm fürsətin düzgün qiymətləndirilməsi və sülh sazişinin imzalanması üçün Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddialarını tam şəkildə aradan qaldırmalı və yeni regional reallıqlara hörmətlə yanaşmalıdır.

8 Noyabr – Zəfər Günü Azərbaycanın güc və əzminin bariz nümunəsidir. Bu gün, zəfər tariximizi xatırlamaqla yanaşı, tərəqqi və regional əməkdaşlığı özündə ehtiva edən gələcəyə ümidlə baxdığımız bir gündür. Xalqımızın çətinliklər qarşısında yenilməz ruhu və müharibə zamanı formalaşdırdığı sarsılmaz həmrəyliyi gələcək nəsillər üçün çıraq rolunu oynayacaqdır. Bu tarixi gündə, şəhid və qazilərimizin şücaət və fədakarlığını, xalqımızın birliyini hörmətlə xatırlayır və ən dərin ehtiramımızı bildiririk.

Zəfər Günümüz mübarək!” – bəyanatda deyilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv