Moldova “LUKOIL”un aktivlərinin bir hissəsini satın alacaq

Moldova “LUKOIL”un aktivlərinin bir hissəsini satın alacaq






presstv

"Presstv"az #ABŞ, #Audi, #Lukoil, #Moldova, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Moldova hökuməti Rusiyanın sanksiyalara məruz qalmış “LUKOIL” şirkətindən Kişineu hava limanında fasiləsiz işi təmin etmək üçün yanacaq anbarlarını satın alacaq.

presstvaz xəbər verir ki, bu barədə Moldovanın energetika naziri Dorin Junqietu “Facebook” hesabında bildirib.

“Hökumətin İnvestisiya Şurası dövlətin şirkətin infrastrukturunu və resurslarını nəzarətə götürə bilməsi üçün “LUKOIL”dan hava limanındakı yanacaq anbarının satin alınması təklifini irəli sürüb. Bu sövdələşmə üçün son müddət 17 noyabrdır, nəzərə alsaq ki, noyabrın 21-dən etibarən “LUKOIL” Moldovanın ABŞ sanksiyalarına qoşulması səbəbindən fəaliyyətini davam etdirmək imkanını itirəcək”, – deyə nazir yazıb.

Onun sözlərinə görə, hökumət “LUKOIL”un milli təhlükəsizlik meyarlarına görə hava limanındakı aktivlərini başqa bir şirkətə satmaq təklifini rədd edib.

Moldova hökumətinin məlumatına görə, ölkədə fəaliyyət göstərən 570 yanacaqdoldurma stansiyasından təxminən 110-u Rusiya şirkətinə məxsusdur. “LUKOIL – Moldova” törəmə şirkəti neft məhsullarının idxalçısı və topdan satıcısıdır. Şirkətin şəxsi mülkiyyətində həmçinin Kişineu hava limanının infrastrukturunun bir hissəsi də var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv