FHN 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

FHN 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ermənistan, #Heydər Əliyev, #İlham Əliyev, #Müharibə, #Şəhidlər xiyabanı, #Sərəncam, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzləri tərəfindən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə müxtəlif səpkili silsilə tədbirlər keçirilib.

Bu barədə presstvaz-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərdən əvvəl Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların məzarları ziyarət olunub.

Şəxsi heyət, həmçinin böyük Zəfərin tarixi ilə əlaqədar yaradılmış kompleks və muzeylərə də baş çəkərək cəsur əsgər və zabitlərimizin şərəfli döyüş yolu ilə tanış olublar.

Nazirliyin əməkdaşları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, ümummilli liderin xatirəsini yad ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan toplantılarda Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamın əhəmiyyətindən danışılıb, bu sənədin Azərbaycanın möhtəşəm Zəfər səlnaməsini özündə əks etdirən tarixi sənəd olduğu bildirilib. Qeyd edilib ki, artıq beş ildir ki, Azərbaycan xalqı mədəniyyət, milli irs və qürur mənbəyimiz olan tarixi şəhərimiz – Şuşanın işğaldan azad edildiyi günü – 8 Noyabrı Zəfər Günü kimi qeyd edir. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan böyük Qələbə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qüdrətli sərkərdəlik məharəti və parlaq diplomatik bacarığının, qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti, müqəddəs şəhidlərimizin qanı və canı bahasına qazanılıb.

Xatırlanıb ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi işğalçı dövlətin kapitulyasiya aktına imza atması ilə nəticələndi. Cəmi 44 gün ərzində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələnən tarixi Zəfərlə ölkəmizin ərazi bütövlüyü təmin edildi. 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağdakı separatçı və qeyri-qanuni hərbi birləşmələrə qarşı 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri həyata keçirilib və nəticədə Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa olunub.

Tədbirlərdə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən qazanılmış tarixi Zəfərin hər bir vətəndaş üçün qürur mənbəyi olduğu qeyd olunub, bu Qələbə ilə dövlət başçısı tərəfindən daha qüdrətli və çiçəklənən yeni Azərbaycanın qurulması istiqamətində tarixi dövrün başlandığı vurğulanıb.

Toplantılarda Zəfər Günü ilə bağlı film nümayiş olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv