Baş Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Ordusu, #Azərbaycan Respublikası Hərbi Prokurorluğu, #Bakı, #Baş Prokurorluq, #Heydər Əliyev, #İlham Əliyev, #Kamran Əliyev, #Müharibə, #Qəbul imtahanları, #Vətən müharibəsi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

7 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Vətən müharibəsindəki qələbənin beşinci ildönümü, 8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.

presstvaz xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev əldə edilmiş zəfərə görə möhtərəm cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlığını ifadə edərək, torpaqlarımızın və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına öz dərin ehtiramını bildirib, qazilərimizə Allahdan şəfa diləyib. O, bu zəfərin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib, müharibə dövründə prokurorluq orqanlarının əməkdaşlarının xidməti fəaliyyətlərinə toxunub.

Eyni zamanda baş prokuror tərəfindən vurğulanıb ki, 2020-ci ildən sonrakı dövrdə prokurorluq orqanlarına keçirilmiş qəbul imtahanlarında iştirak edərək müvəffəqiyyət əldə etmiş 21 nəfər Vətən müharibəsi iştirakçısı daimi qulluğa qəbul olunub.

Bundan sonra Vətən müharibəsi dövründə xidməti vəzifələrini yüksək səviyyədə yerinə yetirmiş prokurorluq əməkdaşlarından Şirvan şəhər prokuroru Kamal Talıbovun, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika şöbəsinin böyük prokuroru Tural Nuriyevin, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Ozal Həsənovun, o cümlədən ön cəbhədəki döyüşlərdə iştirak etmiş Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi İlkin Şıxməmmədovun, Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi Elvin Quliyevin çıxışları dinlənilib.

Tədbirin sonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, xatirə şəkili çəkilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv