XİN rəsmisi: “Azərbaycanın Fransa ilə ikitərəfli gündəliyində yeni dövrə start verilib”

XİN rəsmisi: “Azərbaycanın Fransa ilə ikitərəfli gündəliyində yeni dövrə start verilib”






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Audi, #Avropa, #Ayxan Hacızadə, #Azərbaycan, #Bakı, #Fransa, #Heydər Əliyev, #İlham Əliyev, #Müharibə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Fransa ilə ikitərəfli gündəlikdə yeni dövrə start verilib”.

presstvaz xəbər verir ki, bunu “Report”a müsahibəsində Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərindən Fransa ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın qurulmasında maraqlı olub.

XİN rəsmisi xatırladıb ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyev Azərbaycan Prezidenti kimi xaricə ilk rəsmi səfərini Fransaya edib:

“Eyni zamanda, 2003-cü ildə dövlət başçısı seçildikdən sonra Prezident İlham Əliyev də xaricə ilk rəsmi səfərini Fransaya edib. Uzun illər mütəmadi əsasda saxlanılan siyasi dialoq, habelə iki ölkə arasında iqtisadi, humanitar sahələrdə geniş əməkdaşlığın da inkişafına töhfə verib. Lakin 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra Fransa tərəfindən atılmış addımlar ikitərəfli əlaqələrimizə ciddi zərbə vurub. Azərbaycan əleyhinə verilən çoxsaylı bəyanatlar, həm Senat, həm də Milli Assambleya tərəfindən ölkəmizə qarşı qəbul edilmiş qərəzli və həqiqətdən uzaq olan qətnamələr münasibətlərin getdikcə daha da pisləşməsinə səbəb olub. Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı təsisatlarında və Avropa Şurasında, eləcə də ölkəmizin üzv olmadığı Frankofoniya təşkilatında irəli sürdüyü təşəbbüslər münasibətlərə mənfi təsir edib”.

A.Hacızadə əlavə edib ki, Azərbaycana qarşı qarayaxma kampaniyasına baxmayaraq, rəsmi Bakının atdığı addımlar və rəsmi bəyanatlar yalnız bu destruktiv fəaliyyətlərə cavab xarakterli olub:

“Dialoq kanalları isə həmişə bizim tərəfimizdən açıq saxlanılıb. Oktyabr ayında Avropa Siyasi Birliyinin Kopenhagen toplantısı çərçivəsində Azərbaycan və Fransa prezidentləri arasında görüş münasibətlərdə anlaşılmazlığa səbəb olan məsələlərin müzakirəsi baxımından faydalı oldu. Bu görüşdən və davam edən siyasi təmaslar nəticəsində ikitərəfli gündəlikdə yeni dövrə start verilib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv