Sarkozinin həbsxanada yalnız yoqurt yeməsinin SƏBƏBİ BİLİNDİ

Sarkozinin həbsxanada yalnız yoqurt yeməsinin SƏBƏBİ BİLİNDİ






presstv

"Presstv"az #Fransa, #Hakim, #Liviya, #Məhkum, #Milad bayramı, #Nikolya Sarkozi, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransanın sabiq prezidenti, Parisdəki “Sante” həbsxanasında saxlanılan Nikolya Sarkozi oradakı yeməklərindən imtina edir və yalnız yoqurtla qidalanır.

presstvaz xəbər verir ki, bu barədə “Le Point” qəzeti yazıb.

“O, bir çox məhbusların onu sevmədiklərini başa düşdüyü üçün kamerasına gətirilən yeməklərin qəbulundan imtina edir”, – deyə nəşr yazır.

Bildirilir ki, Sarkozi məhbusların onun yeməyinə tüpürə və ya daha pis şeylər edə biləcəklərindən qorxur. Buna görə də oktyabrın 21-də həbsxanaya gətirildiyi gündən yalnız yoqurtla qidalanır. Sabiq prezident ərzaq almaqdan və özü üçün yemək bişirməkdən də imtina edir, çünki ümumiyyətlə yemək bişirməyi bacarmır.

Mənbənin məlumatına görə, Sarkozi hətta yumurta qaynatmağı belə bacarmır və prinsipial olaraq bunu etməyəcəyini bildirir.

Xatırladaq ki, Nikolya Sarkozi 2007-ci il prezident seçkisi kampaniyasının Liviya hakimiyyəti tərəfindən qanunsuz maliyyələşdirilməsi işi üzrə təqsirli bilinərək, beş il müddətinə həbs cəzasına məhkum edilib. Bu ilin oktyabrında həbsxanaya gətirilən Sarkozi son bəyanatında bildirib ki, sabiq prezidenti deyil, günahsız insanı həbsə atırlar.

Lakin Sarkozinin vəkilləri əmindirlər ki, o, Milad bayramına qədər azadlığa buraxılacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv