İrəvan tarixdən inciyib

İrəvan tarixdən inciyib






presstv

"Presstv"az #Anadolu, #Audi, #Avto, #avtomobillər, #Azərbaycan, #Caliber, #Ermənistan, #Hadisə, #İlham Əliyev, #İran, #Rusiya, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Şübhəsiz ki, ölkəmizdə baş verən hadisələr Ermənistanda diqqətlə izlənilir. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarına xüsusi diqqət yetirilir. Biz dəfələrlə şahidi olmuşuq ki, Ermənistan rəhbərliyinin ali nümayəndələri Azərbaycan liderinin bu və ya digər tezislərini şərh ediblər. Bu dəfə də şərhsiz ötüşməyib. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin çıxışı Ermənistan parlamentinin spikeri Alen Simonyan və onun müavini Ruben Rubinyan da daxil olmaqla, bu ölkədə kəskin reaksiya doğurub”.

presstvaz xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan süjetdə bildirilib.

Məqalədə bildirilir ki, erməni deputatları, xüsusən İlham Əliyevin aşağıdakı sözləri təşvişə salıb:

“Biz tarixi torpaqlarımıza qayıtmalıyıq – tanklarla yox, avtomobillərlə… Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir, hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə “Sevan gölü” adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin, biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir”.

Daha ətraflı “Caliber”in yeni süjetində:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv