Bu qidalar səni xərçəng edə bilər – Mütəxəssislər xəbərdarlıq edir

Bu qidalar səni xərçəng edə bilər – Mütəxəssislər xəbərdarlıq edir






presstv

"Presstv"az #Araşdırma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illər aparılan elmi araşdırmalar sübut edir ki, gündəlik qidalanmada yer alan bəzi məhsullar uzunmüddətli dövrdə xərçəng riskini artırır.

presstvaz xəbər verir ki, mütəxəssislər düzgün olmayan qidalanma təkcə artıq çəkiyə deyil, həm də onkoloji xəstəliklərin inkişafına səbəb ola biləcəyi barəsində xəbərdarlıq edirlər.

Qidalanma üzrə mütəxəssislərin sözlərinə görə, xüsusilə emal olunmuş ət məhsulları sosiska, kolbasa, hisə verilmiş ətlər və konservləşdirilmiş qidalar bədəndə kanserogen maddələrin yığılmasına gətirib çıxarır. Bu məhsulların tərkibindəki nitrit və nitratlar yüksək temperaturda qızdırıldıqda zərərli birləşmələr əmələ gətirir.

Həmçinin, şəkərli içkilər, qazlı sular və çox yağda qızardılmış qidalar da xərçəng riskini artıran əsas amillər sırasındadır. Qidada olan yüksək şəkər və trans-yağlar orqanizmdə iltihabi prosesləri gücləndirir, bu isə hüceyrələrin mutasiyasına şərait yaradır.

Mütəxəssislər bildirirlər ki, qril və ya kömürdə bişirilən ətlər də təhlükə mənbəyidir. Belə bişirmə zamanı yaranan “heterosiklik aminlər” və “polisiklik aromatik karbohidrogenlər” xərçəng əmələ gətirən kimyəvi maddələr sayılır.

Dietoloqlar sağlam qalmaq üçün bu məhsulların qəbulunu minimuma endirməyi, menyuya daha çox təbii və antioksidant tərkibli qidalar tərəvəz, meyvə, balıq və tam taxılları daxil etməyi tövsiyə edirlər.

“Əgər insanlar gündəlik rasionlarından emal olunmuş və süni tərkibli məhsulları azaltsalar, xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilərlər,” -deyə qidalanma üzrə ekspert qeyd edib.

Mütəxəssislərin yekdil fikrinə görə, sağlam həyatın əsası balanslı qidalanma, təbii məhsullardan istifadə və fiziki aktivlikdir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv