Sergey Şoyqu: “Zəngəzur dəhlizi təkcə mövcud olmaq hüququna malik deyil, o, həm də vacibdir”

Sergey Şoyqu: “Zəngəzur dəhlizi təkcə mövcud olmaq hüququna malik deyil, o, həm də vacibdir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ermənistan, #Naxçıvan Muxtar Respublikası, #Nəqliyyat, #Özbəkistan, #Rusiya, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə Ermənistan ərazisindən birləşdirən yol mövcud olmaq hüququna malikdir, çünki kommunikasiyalar həmişə ticarəti və ölkələr arasında qarşılıqlı münasibətləri inkişaf etdirir”.

presstvaz xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB-dən olan həmkarları ilə görüşdən sonra bəyan edib.

“Zənnimcə, hər hansı yol həmişə yaxşı haldır, çünki o, qarşılıqlı münasibətləri, əmtəə dövriyyəsini inkişaf etdirir, insanlarla ünsiyyət qurmağa imkan verir. Bu yol (Zəngəzur dəhlizi (Tramp marşrutu – TRIPP) nəzərdə tutulur – red.), məncə, qırx kilometrdən bir qədər artıqdır və mən hesab edirəm ki, bu yol, sadəcə, mövcud olmaq hüququna malik deyil, o, Azərbaycana Naxçıvanla özünün digər rayonlarını birləşdirməsi, iki ölkə arasında yenə də ticarət üçün kommunikasiyaların yaradılması üçün lazımdır”, – deyə Şoyqu vurğulayıb.

Onun sözlərinə görə, həmin yol Rusiyanın iştirak etdiyi logistika layihələrinə mane olmayacaq. Xüsusilə, söhbət Ermənistanın cənubundan uzaqda – Rusiya, Azərbaycan, Türkmənistan və Özbəkistandan keçən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutundan gedəndə.

“Bu yol Qərbdən Şərqə gedir, o, bir az, bəlkə də, tamamilə kənardadır və onlar heç bir şəkildə kəsişmir ki, bir-birinə təsir göstərsin”, – deyə RF Təhlükəsizlik Şurasının rəhbəri qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv