Türkiyədə azərbaycanlı arvadını öldürməkdə şübhəli bilinən şəxs həbs olundu

Türkiyədə azərbaycanlı arvadını öldürməkdə şübhəli bilinən şəxs həbs olundu






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Hadisə, #Həkim, #Qətl hadisəsi, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Bursa vilayətində 20 yaşlı arvadı Arzu Xəlilovanı 75 bıçaq zərbəsi ilə öldürən 27 yaşlı Salican Mehmetin barəsində həbs qətimkan tədbiri seçilib.

presstvaz DHA-ya istinadən xəbər verir ki, qətl hadisəsi noyabrın 3-ü yerli vaxtla saat 15:00 radələrində evdə baş verib.

Qeyd olunur ki, ər və arvad arasında yaranan mübahisə davaya çevrilib. Bu zaman Salican Arzuya bıçaq zərbələri endirib. Qonşular evdən gələn qışqırığı eşitdikdən sonra polis və təcili yardım çağırıblar. S.Mehmet əlində bıçaqla tutularaq nəzarətə alınıb.

Bədəninin müxtəlif yerlərindən 75 bıçaq yarası alan Arzu Xəlilova təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

S.Mehmet ifadəsində psixoloji problemlərinin olduğunu iddia edib.

“Arzu alış-verişə gedirdi. Məndən uşaqlara baxmağımı istəyəndə əsəbiləşdim. Aramızda mübahisə düşdü. Mətbəxdən götürdüyüm bıçaqla onu vurdum, – deyə o, ifadəsinə əlavə edib.

İlkin araşdırmalardan sonra onun barəsində bu gün həbs qətimkan tədbiri seçilib.

Hadisə ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, cütlüyün 3.5 və 2 yaşlarında iki qız övladı var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv