İşsizlikdən Sığorta Fondunun gəlirləri 238 milyon manat olacaq

İşsizlikdən Sığorta Fondunun gəlirləri 238 milyon manat olacaq






presstv

"Presstv"az #Audi, #İqtisadi siyasət, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2026-cı il üzrə İşsizlikdən Sığorta Fondunun gəlirləri 238.3 milyon manat, əvvəlki illərdə yaradılmış ehtiyatlardan isə 28.1 milyon manat vəsaitin xərclərin maliyyələşdirilməsinə yönəldilməsi proqnozlaşdırılır.

presstvaz xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən Sığorta Fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Fondun əsas gəlir mənbəyi olan işsizlikdən sığorta haqları üzrə yığımların 236.6 milyon manat təşkil edəcəyi gözlənilir. Bu, 2025-ci ilin təsdiqlənmiş göstəricisi ilə müqayisədə 30.27 milyon manat və ya 14.67%, 2024-cü ilin icra göstəricisinə nisbətən isə 3.03 milyon manat və ya 1.3% çoxdur.

Büdcə təşkilatları və həmin qurumların əməkdaşları tərəfindən ödəniləcək sığorta haqları üzrə daxilolmalar 51.9 milyon manat səviyyəsində müəyyən edilib.

Gəlirlərin 184.7 milyon manatı və ya 78%-i qeyri-büdcə sektorundan daxil olacaq.

2026-cı il üçün İşsizlikdən Sığorta Fondunun xərcləri 266.4 milyon manat proqnozlaşdırılır. Bu, 2025-ci ilin təsdiq olunmuş göstəricisinə nisbətən 5.7 milyon manat və ya 2%, 2024-cü ilin icrası ilə müqayisədə isə 73.7 milyon manat və ya 38% çoxdur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv