Azərbaycan derbisinə doğru: Ümumilikdə 103 oyunçu rəqib qapılarına yol tapıb

Azərbaycan derbisinə doğru: Ümumilikdə 103 oyunçu rəqib qapılarına yol tapıb






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Futbol, #Mahir Emreli, #Neftçi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Zəfər turu” çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşması öncəsi bu komandalar arasında indiyədək vurulan qolların statistikası açıqlanıb.

presstvaz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, derbilərdə ilk qolu Zaur Qarayev (“Qarabağ” ) vurub – 1:1 hesabı ilə heç-heçə başa çatan bu oyun 1992-ci il sentyabrın 26-da baş tutub. “Neftçi”nin ilk qoluna Ərani Beydiyev elə həmin matçda imza atıb.

Derbidə 103 futbolçu rəqib qapısına qol vurub. “Qarabağ”ın 55 oyunçusu qol sevinci yaşayıb. “Neftçi”nin 53 futbolçusu rəqib qapısına yol tapıb. 5 futbolçu hər iki komandada qola sevinib.

Mahir Emreli (“Qarabağ”) derbilərin bombardiridir – 9 qol.

Növbəti derbisinə çıxacaq Abdullah Zubir (“Qarabağ”) 8 dəfə fərqlənib və rekorda çatmaq imkanına malikdir.

“Neftçi”nin heyətində isə Nikolas Kanales və Flavinyo daha çox – hərəyə 4 dəfə fərqləniblər.

Hər iki komandada qol vuranlar arasında Filip Ozobiç daha çox – ümumilikdə 6 dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, “Azersun Arena”da keçiriləcək növbəti “Qarabağ” – “Neftçi” derbisi noyabrın 9-da saat 18:44-də start götürəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv