Bu il vergilərin 72.4 faizi qeyri neft-qaz sektorunun payına düşüb

Bu il vergilərin 72.4 faizi qeyri neft-qaz sektorunun payına düşüb






presstv

"Presstv"az #Audi, #İqtisadiyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 378.4 milyon manat vergi daxil olub, proqnoza 105.5 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 229.9 milyon manat və ya 1.6 faiz artıb.

presstvaz Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, hesabat dövründə qeyri-neft-qaz sektorundan daxilolmalar 10 milyard 411.8 milyon manat olub, proqnoz 103 faiz icra edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 860.3 milyon manat və ya 9 faiz artıb.

Ödənilən vergilərin 72.4 faizi qeyri neft-qaz sektorunun, 27.6 faizi isə neft-qaz sektorunun payına düşüb.

2025-ci ilin yanvar-oktyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 234.2 milyon manat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12.1 faiz və ya 563 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12.7 faiz artaraq 3 milyard 503.5 milyon manat olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11.1 faiz yüksəlib və 185.5 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12.1 faiz artaraq 141.8 milyon manat olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 10.5 faiz artıb və 916.2 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9.9 faiz artaraq 650 milyon manata çatıb.

Bu il vergilərin 72.4 faizi qeyri neft-qaz sektorunun payına düşübBu il vergilərin 72.4 faizi qeyri neft-qaz sektorunun payına düşübBu il vergilərin 72.4 faizi qeyri neft-qaz sektorunun payına düşübBu il vergilərin 72.4 faizi qeyri neft-qaz sektorunun payına düşübBu il vergilərin 72.4 faizi qeyri neft-qaz sektorunun payına düşüb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv