Vüqar Gülməmmədov: “DSMF-nin dayanıqlılığının təmin edilməsi çox mühüm aspektdir”

Vüqar Gülməmmədov: “DSMF-nin dayanıqlılığının təmin edilməsi çox mühüm aspektdir”






presstv

"Presstv"az #Audi, #Hesablama Palatası, #İqtisadi siyasət, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hesablama Palatası qarşıdakı ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir proqnozlarının icrasında problem olmayacağı, Fondun xərclərinin dövlət siyasətinin əsas istiqamətlərini əhatə edəcəyi və qalıq vəsaitlərdən istifadə edilməyəcəyi qənaətindədir”.

presstvaz xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin birgə iclasında bildirib.

Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondu maliyyə institutudur və onun dayanıqlılığının təmin edilməsi çox mühüm aspektdir:

“Bu məsələ dövlət maliyyəsi sisteminə təsir göstərən amildir və Hesablama Palatasının Rəyində bu istiqamətdə aparılmış təhlillərin nəticələri də daxil edilib. Cari şərtlər və proqnoz üçün əsas götürülmüş makroparametrlərin reallaşacağı ssenariyə əsaslanaraq, Hesablama Palatası 2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir proqnozlarının icrasında problem olmayacağı, Fondun xərclərinin dövlət siyasətinin əsas istiqamətlərini əhatə edəcəyi, qalıq vəsaitlərdən istifadə edilməyəcəyi qənaətindədir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv