"WhatsApp"da yeni təhlükə – Nömrə olmadan zəng etmək mümkün olacaq

"WhatsApp"da yeni təhlükə – Nömrə olmadan zəng etmək mümkün olacaq






presstv

"Presstv"az #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"WhatsApp"ın çoxdan gözlənilən "istifadəçi adı" funksiyası ilə bağlı yeni detallar üzə çıxıb.

presstvaz xəbər verir ki, bu yenilik sayəsində artıq telefon nömrəsinə ehtiyac olmadan, sadəcə istifadəçi adını yazaraq səsli və ya video zəng etmək mümkün olacaq.

"WABetaInfo"nun məlumatına görə, iOS üçün tətbiqin son beta versiyasında bu xüsusiyyət sınaq mərhələsindədir. Beləliklə, istifadəçilər "Zənglər" bölməsindəki axtarış çubuğuna istənilən istifadəçi adını daxil etməklə həmin şəxsi tapa və birbaşa zəng edə biləcəklər.

Təhlükə nədən ibarətdir?

Əgər parametrlərdə bu funksiyanı deaktiv etməsəniz, adınızı bilən istənilən şəxs sizə zəng edə bilər. Bu, xüsusilə məxfilik baxımından risk yaradır. Mütəxəssislər "WhatsApp" istifadəçilərinə məxfilik parametrlərini diqqətlə tənzimləməyi tövsiyə edir.

Yeni sistemdə istifadəçi adlarını əlavə parol ilə qorumaq da mümkün olacaq. Yəni sizinlə əlaqə qurmaq istəyən şəxs, bu parolu bilmədən sizə zəng edə bilməyəcək. Bu isə daha çox gizlilik istəyənlər üçün əlavə təhlükəsizlik təbəqəsi yaradır.

İstifadəçi adları nə vaxt gələcək?

Funksiya hələ sınaq mərhələsindədir və rəsmi çıxış tarixi açıqlanmayıb. WhatsApp bildirib ki, istifadəçi adları tamamilə isteğe bağlı olacaq – yəni istəsəniz, nömrə ilə olduğu kimi istifadə etməyə davam edə bilərsiniz.

Mütəxəssislər xəbərdarlıq edir:

"Parametrləri vaxtında dəyişməyən istifadəçilər təsadüfi zənglərə məruz qala bilər. Bu səbəbdən, yeni funksiyanın aktivləşməsi ilə birlikdə gizlilik bölməsini diqqətlə yoxlamaq vacibdir."


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv