ChatGPT artıq bu sualların cavabını verə bilməyəcək

ChatGPT artıq bu sualların cavabını verə bilməyəcək






presstv

"Presstv"az #ChatGPT, #Həkim, #OpenAI, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

OpenAI ChatGPT üçün inqilabi hesab olunan yeni qaydalar tətbiq edib. 29 oktyabr tarixindən etibarən qüvvəyə minən bu dəyişikliklərə görə, ChatGPT artıq dərman adları və dozası barədə məlumat verə, məhkəmə ərizələri (iddia ərizələri) hazırlaya və ya investisiya məsləhəti təqdim edə bilməyəcək.

presstvaz xəbər verir ki, OpenAI tərəfindən edilən bu yeniləmələrlə ChatGPT-nin tibbi, hüquqi və maliyyə sahələrində birbaşa məsləhət verməsi qadağan olunub.

Artıq ChatGPT:

  • Dərman adlarını və dozalarını deyə bilməz,
  • Məhkəmə sənədləri hazırlaya bilməz,
  • İnvestisiya və ya maliyyə tövsiyəsi verə bilməz.

Bu qərarın əsas məqsədi ChatGPT-nin ixtisaslı mütəxəssislərin yerini almasının qarşısını almaq və istifadəçilərin yanlış yönləndirilməsi riskini azaltmaqdır.

Bundan sonra ChatGPT bu sahələrdə məsləhətçi kimi deyil, yalnız ümumi məlumat verən və tədris məqsədli alət kimi fəaliyyət göstərəcək.

İstifadəçilərə isə tibbi, hüquqi və ya maliyyə məsələlərində mütəxəssis – həkim, vəkil və ya maliyyə məsləhətçisi ilə əlaqə saxlamaq tövsiyə olunacaq.

Bu addım OpenAI-nin süni intellekt texnologiyalarını daha etibarlı və məsuliyyətli şəkildə yönləndirmə strategiyasının bir hissəsi kimi qiymətləndirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv