Bakı-Qazax yolunda yük maşını aşıb – ANBAAN GÖRÜNTÜ

Bakı-Qazax yolunda yük maşını aşıb – ANBAAN GÖRÜNTÜ






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Avto, #Bakı, #Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ), #Hadisə, #Nəqliyyat, #Qazax

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün, saat 05:50-də Bakı-Qazax avtomobil yolunun 248-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, İsmayıl İsmayılov “Mercedes” markalı, 77-DU-358 dövlət qeydiyyat nişanlı yük avtomobili idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

presstvaz xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə dərhal BDYPİ əməkdaşları cəlb olunublar. Görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində dizel yanacağı daşıyan nəqliyyat vasitəsinin yanmasının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək xatırladır ki, xüsusilə iri tonnajlı və yanacaq daşıyan nəqliyyat vasitələrinin idarə olunması zamanı yüksək diqqət, məsuliyyət və ehtiyatlılıq vacibdir.

Belə nəqliyyat vasitələrinin texniki sazlığının yoxlanılması, sürət həddinə və məsafə intervalına əməl edilməsi, eləcə də yorğun və yuxusuz halda sükan arxasına əyləşməmək həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Unutmayaq ki, yollarda bir anlıq ehtiyatsızlıq təkcə sürücünü deyil, digər hərəkət iştirakçılarını da təhlükəyə atır”, – məlumatda bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv