Hesablama Palatası: “Vergi borcları və artıq ödəmələr büdcəyə təzyiq yaradır”

Hesablama Palatası: “Vergi borcları və artıq ödəmələr büdcəyə təzyiq yaradır”






presstv

"Presstv"az #Audi, #Hesablama Palatası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hesablama Palatasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinə verdiyi Rəydə 2025-ci ilin ilk doqquz ayının nəticələri əsasında büdcə gəlirləri ilə bağlı narahatedici məqamlar əksini tapıb.

presstvaz xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin kassa əsaslı vergi daxilolmalarında artıq ödəmələrin həcmi artıb. İlin əvvəlinə nisbətən sentyabrın sonuna qədər artıq ödəmələrin məbləği 290.2 milyon manat olub. Hesablama Palatasının Rəyində bu halın ortamüddətli dövrdə vergi daxilolmalarının icrasına əlavə təzyiq yaradacağı bildirilib.

Həmçinin, rəydə həmçinin dövlət büdcəsinə olan vergi borclarının da artdığı vurğulanır. Belə ki, 2025-ci ilin doqquz ayında büdcəyə vergi borcları ilin əvvəlinə nisbətən 452.6 milyon manat və ya 14.3% artıb. Borcun əsas hissəsi qeyri-neft qaz sektorunun payına düşür.

Hesablama Palatası qeyd edir ki, borc artımına həm əsas məbləğ, həm də maliyyə sanksiyası və faizlər təsir edib. Borc artımının 60.3%-i əsas məbləğə, 25.3%-i isə faizlərə aiddir. Dövrün sonuna olan ümumi borcun 35.1%-nin maliyyə sanksiyası və faizlərdən ibarət olması vergi inzibatçılığının gücləndirilməsini zəruri edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv