Paşinyan: “Hər iki ölkə Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyır”

Paşinyan: “Hər iki ölkə Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyır”






presstv

"Presstv"az #Almatı, #Audi, #Azərbaycan, #Azərbaycan-Ermənistan sərhədi, #Ermənistan, #Nikol Paşinyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nikol Paşinyan 2024-cü ildə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin başlanmasını “uğur hekayəsi” adlandırıb.

presstvaz Ermənistan mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı qatıldığı tədbirlərdən birində diqqət çəkən açıqlamalar verib.

O bildirib ki, ötən il Azərbaycanla Ermənistan arasında delimitasiya komissiyalarının fəaliyyəti haqqında əsasnamə imzalanıb və hər iki ölkədə ratifikasiya olunub:

“Bu, mahiyyət etibarı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış və hər iki ölkədə de-yure qüvvədə olan ilk ikitərəfli beynəlxalq sənəddir. Əsasnamədə ən mühüm amil Almatı bəyannaməsinin iki ölkə arasında sərhədin delimitasiyası üçün fundamental prinsip kimi çıxış etməsidir. Bu, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasında əsas dönüş nöqtəsidir. Hər iki ölkə Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyır. Bu fakt Azərbaycanla Ermənistan arasında sülh sazişində də öz əksini tapıb”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv