Məşhur fransız hücumçu təcavüzdə ittiham olunur

Məşhur fransız hücumçu təcavüzdə ittiham olunur






presstv

"Presstv"az #Audi, #Dollar, #Fransa, #Hadisə, #Hakim, #İspaniya, #Məhkum, #Sevilya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Təcavüzdə ittiham olunan “Monako”nun və Fransa millisinin keçmiş hücumçusu Vissam Ben Yedder hakim qarşısına çıxacaq.

presstvaz xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb.

Bildirilib ki, Vissam Ben Yedder və qardaşı “təcavüz”, “təcavüzə cəhd” və “cinsi təcavüz” maddələri ilə ittiham olunurlar.

Hər iki qardaş 2023-cü ilin yayından bəri Monako yaxınlığında kirayə mənzildə baş verən hadisələrlə bağlı iki qadının şikayətindən sonra rəsmi istintaq altındadır.

Qeyd edək ki, bu, Ben Yedderin ilk məhkəməsi deyil. O, sentyabrın əvvəlində Nitsa məhkəməsi tərəfindən boşanma prosesində olan həyat yoldaşına qarşı psixoloji zorakılığa görə 90 min avro (105 min dollar) cərimələnib. Həmçinin 2023-cü ildə İspaniya məhkəməsi tərəfindən 2016-19-cu illərdə Sevilyada çıxış edən zaman vergi fırıldaqçılığına görə altı aylıq şərti həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, Ben Yedder hazırda Türkiyənin “Sakaryaspor” klubunda oynayır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv