Azərbaycanın ilk xarici işlər naziri: “Moskvanın marağı onda idi ki, Qarabağla bağlı məlumatlar kənara çıxmasın”

Azərbaycanın ilk xarici işlər naziri: “Moskvanın marağı onda idi ki, Qarabağla bağlı məlumatlar kənara çıxmasın”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Jurnalistlər, #Mətbuat konfransı, #SSRİ, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“1988-ci ildə dünya ictimaiyyətini Qarabağla bağlı məlumatlandırmaq üçün Xarici İşlər Nazirliyində informasiya şöbəsini yaratdıq. Çünki informasiyaya aid nə var idisə, hamısı Moskvadan gəlirdi. Bizimkilər də bunu təkrar edirdilər. Belə bir qanun da tətbiq etdik ki, həftədə bir dəfə mətbuat konfransı keçirməliyik və jurnalistləri dəvət edib məlumatlandırmalıyıq. Ondan sonra Moskvada akkreditasiya olmuş jurnalistlərin nömrələrini aldıq. Yəni, informasiya işini beynəlmiləlləşdirdik”.

presstvaz xəbər verir ki, bunu İctimai TV-nin efirində yayımlanan “Təmas xətti” verilişində Azərbaycanın ilk xarici işlər naziri Hüseynağa Sadıqov deyib.

Onun sözlərinə görə hətta SSRİ Xarici İşlər Nazirliyinin İnformasiya idarəsinin rəisi Gerasimov xarici jurnalistlərə demişdi ki, Qarabağ barədə ən dəqiq məlumatı bizdən yox, Azərbaycan Xarici işlər Nazirliyinin İnformasiya idarəsindən ala bilərsiniz:

“Biz bu xəbərləri yazırdıq ki, bəlkə dünya vicdana gəldi. Xarici ölkə jurnalistləri bizimlə təmasda çox ümidverici vədlər verirdilər, amma ortada bir iş yox idi. Çünki hamısı Moskvadan idarə olunurdu. Moskvanın da marağı onda idi ki, bu məlumatlar kənara çıxmasın. Deyirdilər ki, özümüz həll edəcəyik, amma özləri də həll etmirdilər.

Qorbaçovun ətrafında olan adamlar ona dünyadakı erməni lobbisinin gücü barədə məlumat vermişdilər ki, Qorbaçov həm maddi, həm də siyasi cəhətdən həmin diasporaya arxalana bilər. Qorbaçov da buna inanmışdı”, – deyə sabiq nazir əlavə edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv