Ronaldu bu tarixədək futbol oynayacaq

Ronaldu bu tarixədək futbol oynayacaq






presstv

"Presstv"az #"Mançester Yunayted", #"Real Madrid", #Avropa, #Futbol, #İngiltərə, #İspaniya, #İspaniyanın, #İtaliya, #Kriştianu Ronaldu, #Peru, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu karyerasını mümkün qədər uzun müddət davam etdirmək niyyətindədir.

presstvaz xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu bu fikrini son oyundan sonra səsləndirib.

Ronaldu Səudiyyə Ərəbistanı çempionatının “Əl-Feyha” ilə qarşılaşmasında komandasına qələbə qazandıran penalti qoluna imza atıb. Görüş “Əl-Nəsr”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Bu, mənim və bütün komanda üçün inanılmaz bir axşam idi. Qələbə qazandıq və iki qol vurdum – bu, hər zaman vacibdir. Dəfələrlə demişəm ki, uzunömürlülüyün sirri coşqudadır, və bu coşqu məndə hələ də qalır. Qol vurum, ya yox – bu mənim həyatımın bir parçasıdır. Artıq 23-24 ildir futbolun içindəyəm və sağlamlığım imkan verdiyi müddətdə oynamağa davam edəcəyəm”, – deyə Ronaldu bildirib.

Xatırladaq ki, 40 yaşlı superulduz indiyədək Çempionlar Liqasının beşqat, Avropa çempionatının, həmçinin Millətlər Liqasının qalibi olub. O, Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klublarının formasını geyinib. Ronaldu 2022-ci ilin dekabrında “Əl-Nəsr”ə transfer olunub və hazırda da Səudiyyə təmsilçisinin heyətində çıxış edir.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv