“AnewZ” mina təhlükəsi və zərərçəkənlərin taleləri haqqında xüsusi reportaj hazırlayıb

“AnewZ” mina təhlükəsi və zərərçəkənlərin taleləri haqqında xüsusi reportaj hazırlayıb






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Ukrayna, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“AnewZ” telekanalı müasir dövrün ən kəskin humanitar problemlərindən biri olan mina təhlükəsi və onun mülki əhali üçün ağır nəticələrinə həsr olunmuş “Ani partlayışlar: minaların məhv etdiyi talelər” adlı xüsusi reportaj hazırlayıb.

presstvaz xəbər verir ki, materialda mina partlayışları nəticəsində həyatları həmişəlik dəyişən insanların – yaxınlarını və sağlamlığını itirənlərin real hekayələri təqdim olunub.

Reportajda hər gün öz həyatlarını riskə ataraq əvvəllər işğal olunmuş əraziləri minalardan təmizləyən və insanlara təhlükəsiz gələcəyə ümid qaytaran istehkamçıların fəaliyyətindən də bəhs edilir.

Materialda Azərbaycanın minalanmış ərazilərindən biri kimi tanınan, çox vaxt “Qafqazın Xirosiması” adlandırılan Ağdam şəhərinə xüsusi diqqət ayrılıb.

“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) xidmət zamanı həmkarlarımdan bəziləri minaların qurbanı oldular. Buna görə də mina təhlükəsi mövzusu mənim üçün həmişə ağrılı olub. Bu gün minalardan təmizlədiyimiz ərazilərdə artıq bərpa işləri gedir. İnsanların öz evlərinə təhlükəsiz şəkildə qayıda bilməsi üçün böyük məsuliyyət hiss edirik. Humanitar minatəmizləmə sadəcə iş deyil, mürəkkəb və son dərəcə məsuliyyətli bir missiyadır”, – ANAMA-nın əməliyyat meneceri Xalid Zülfüqarov qeyd edib.

Reportajın əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini minatəmizləmə təşəbbüslərinin gücləndirilməsi və zərərçəkənlərə dəstək göstərilməsinin zəruriliyinə cəlb etməkdir.

26 yaşlı ukraynalı əsgər Aleksey “AnewZ” telekanalına mina qurbanı olması və ayağını itirməsi barədə danışıb. Reportajda onun reabilitasiyası və yeni həyata uyğunlaşma prosesi göstərilib.

Materialda tamaşaçılar həmçinin Azərbaycan QHT-si tərəfindən təşkil olunmuş Avropada mina qurbanları haqqında ilk fotosərgidən kadrları görə bilərlər. Bu təşəbbüs beynəlxalq ictimaiyyətin diqqətini mina probleminə və onların mülki əhali üçün nəticələrinə cəlb etməyə yardım göstərir.

Xatırladaq ki, fotosərgi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Gilavar” Foto Klubu İctimai Birliyi tərəfindən təşkil olunub.

Materialı oxucuların diqqətinə təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv