Yevlaxda 14 yaşlı qızın əməliyyatda ölməsi ilə bağlı iki həkimə hökm oxunub

Yevlaxda 14 yaşlı qızın əməliyyatda ölməsi ilə bağlı iki həkimə hökm oxunub






presstv

"Presstv"az #Audi, #Cərrahi əməliyyat, #Cinayət işi, #Hakim, #Həkim, #Səhlənkarlıq, #Vəzifə, #Vəzifə saxtakarlığı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yevlaxda 14 yaşlı qızın cərrahi əməliyyat zamanı ölməsi faktı üzrə başlanmış cinayət işində təqsirləndirilən Yevlax Rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində işləmiş Könül Sadıqovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

presstvaz APA-ya istinadən xəbər verir ki, Yevlax Rayon Məhkəməsində hakim Qalib Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Bəxtiyar Mustafayevə və Könül Sadıqovaya üç il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, Yevlax Rayon Prokurorluğunun yaydığı məlumata görə, ötən il avqustun 13-də Bərdə rayon sakini, 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi başlanıb.

İstintaqla həmin dövrdə qeyd edilən tibb müəssisəsində həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Könül Sadıqovanın öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan Nərminə Kazımovanın ölümünə səbəb olan səhlənkarlıq etmələrinə, eləcə də K.Sadıqovanın rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında B.Mustafayevə Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq), K.Sadıqovaya isə həmin məcəllənin 313 (vəzifə saxtakarlığı) və 314.2-ci maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv