Əfqanıstanda güclü zəlzələ ən azı yeddi nəfərin həyatına son qoydu

Əfqanıstanda güclü zəlzələ ən azı yeddi nəfərin həyatına son qoydu






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Əfqanıstan, #Güclü zəlzələ, #Özbəkistan, #Tacikistan, #Yeraltı təkanlar, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bazar ertəsi erkən saatlarda Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhəri yaxınlığında baş verən 6.3 maqnitudalı zəlzələ zamanı ən azı yeddi nəfər həlak olub, təxminən, 150 nəfər yaralanıb.

presstvaz bu barədə “Reuters”ə istinadən xəbər verir.

“Bu səhərə qədər yeddi nəfər həlak olub, yaralanan 150 nəfər tibb mərkəzlərinə köçürülüb,” – Məzari-Şərif yaxınlığında yerləşən Samangan əyalətinin səhiyyə departamentinin sözçüsü Samim Coyanda bildirib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ təxminən 523 000 əhalisi olan Məzari-Şərif yaxınlığında 28 km dərinlikdə baş verib. Zəlzələ qonşu Özbəkistanda da hiss olunub.

02:48

Əfqanıstanın şimalında ard-arda iki güclü zəlzələ baş verib.

presstvaz xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata görə, yeraltı təkanların maqnitudası 6.3 və 6.8 bal olub. Zəlzələnin episentri Məzari-Şərif şəhərindən 45 km cənub-şərqdə qeydə alınıb.

Təkanlar qonşu Tacikistan və Özbəkistanın bəzi bölgələrində də hiss edilib.

İtkilər və ya dağıntı barədə hələlik məlumat verilməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv