Mustafa Destici: “Azərbaycanın Qarabağ zəfəri mübarək!”

Mustafa Destici: “Azərbaycanın Qarabağ zəfəri mübarək!”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Haber Global, #Müharibə, #Qarabağ Universiteti, #Şuşa, #Şuşa şəhəri, #Təhsil, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici və onu müşayiət edən nümayəndə heyəti Azərbaycana səfərdədir.

presstvaz “Haber Global”a istinadən xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində Xocalı Şəhidləri Abidəsini ziyarət edib və dualar oxuyub. Daha sonra Destici və onu müşayiət edən heyət Şuşa şəhərində olub. Siyasətçi Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, yerli sakinlər və şəhidlərin qohumları ilə görüşüb. Nümayəndə heyəti Xocalıda soyqırımın baş verdiyi əraziləri gəzib.

Türkiyədən gələn qonaqlar Qarabağ Universitetinin rektoru Şahin Bayramovla görüşüblər. Görüş zamanı universitetin elmi işləri və Türkiyədəki ali təhsil müəssisələri ilə əməkdaşlığı müzakirə edilib.

Səfərin sonunda Mustafa Destici Qarabağ zəfərinin ildönümünün yaxınlaşdığını xatırladaraq açıqlama verib:

“Günahsız bir xalq, qadınlar, uşaqlar və yaşlılar sadəcə türk və müsəlman olduqları üçün soyqırıma məruz qalıb və qətlə yetiriliblər. Onlar orada əbədi dinclikdə, üzərində Azərbaycan bayrağı olan qəhrəmanlar kimi uyuyurlar. Azərbaycanın Qarabağ zəfəri mübarək! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı, Qarabağ Azərbaycandır!”, – deyə o bildirib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv