Tayvanda şəkərdən istifadə edilməklə tikilmiş qədim yollar aşkarlanıb

Tayvanda şəkərdən istifadə edilməklə tikilmiş qədim yollar aşkarlanıb






presstv

"Presstv"az #Audi, #Tayvan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tayvanda arxeoloqlar XIX əsrin birinci yarısında şəkər parçalarından istifadə edilməklə tikilmiş yol fraqmentləri aşkar ediblər.

presstvaz bu barədə “Taipei Times” qəzetinə istinadən xəbər verir.

Tapıntı ilk dəfə Tayvanda dəmiryol xətti inşaatı zamanı inşaatçılar tərəfindən aşkar edilib. Arxeoloji tədqiqatlar göstərib ki, bu, Tayvanın Tsin imperiyası tərəfindən idarə olunduğu (1644-1911) dövrdə inşa edilmiş yolların bir hissəsidir.

Yol materialı kimi gil məhlulundan istifadə edilsə də, boşluqlar müxtəlif materiallarla, o cümlədən saxsı qırıntıları, kərpic parçaları və işlənməmiş qamış şəkəri ilə doldurulub.

Arxeoloqlar hesab edir ki, yol tikən işçilər boşluqları doldurmaq üçün asanlıqla əldə edilə bilən materiallardan istifadə ediblər.

Tarixi mənbələrə görə, Tsin sülaləsinin məmurları Tayvanda şəkər istehsalının yüksək səviyyədə olduğunu və şəkər parçalarının hər yerdə tapıla biləcəyini qeyd ediblər. Məmurlar, həmçinin yaz aylarında bu ərazidəki yolların üstündə şəkər ətirli buxarın yüksəldiyini qeyd ediblər.

Tayvanda şəkərdən istifadə edilməklə tikilmiş qədim yollar aşkarlanıb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv