Android iOS-dan daha təhlükəsiz imiş

Android iOS-dan daha təhlükəsiz imiş






presstv

"Presstv"az #ABŞ, #Android əməliyyat sistemi, #Araşdırma, #Braziliya, #Fırıldaqçılıq, #Google, #Hindistan, #iPhone, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Google” şirkətinin apardığı araşdırma Android əməliyyat sisteminin iOS-a nisbətən daha təhlükəsiz olduğunu göstərib.

presstvaz xəbər verir ki, Bu barədə məlumat “Google”un rəsmi bloqunda yayımlanıb.

Tədqiqat YouGov şirkəti ilə birgə aparılıb və ABŞ, Hindistan və Braziliyadan olan 5000 smartfon istifadəçisi arasında sorğu keçirilib. Nəticələrə əsasən, iPhone istifadəçiləri Android sahiblərindən 65 faiz daha çox həftə ərzində ən azı üç və ya daha çox fırıldaqçı SMS aldıqlarını bildirib.

Əksinə, Android istifadəçiləri 58 faiz daha çox hallarda heç bir dələduzluq mesajı almadıqlarını deyiblər. Bundan başqa, Android sahibləri iOS istifadəçilərinə nisbətən 20 faiz daha çox hallarda cihazlarının müdafiə sistemini “çox effektiv” və ya “son dərəcə effektiv” kimi qiymətləndirib.

Google mütəxəssisləri qeyd ediblər ki, Android əməliyyat sistemi çağırışların filtrasiyası, fırıldaqçılığın aşkarlanması və real vaxtda xəbərdarlıqla autentifikasiya kimi xüsusiyyətlər sayəsində istifadəçiləri daha yaxşı qoruyur.

Beləliklə, araşdırma nəticəsində Android-in zərərli spam və fırıldaqçılıqdan qorunma baxımından iOS-dan daha təhlükəsiz olduğu qənaətinə gəlinib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv