GTA VI belə olacaq

GTA VI belə olacaq






presstv

"Presstv"az #ABŞ, #Gəmi, #Hadisə, #Təbii fəlakət

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

GTA VI-nın süjeti ilə bağlı yeni detallar açıqlanıb.

presstvaz xəbər verir ki, yeni nəsil "Grand Theft Auto VI" oyununda hadisələr təbii fəlakətlə başlayacaq.

Bu barədə "Notebookcheck" nəşri "Reddit" platformasında yayılan məlumatlara istinadən xəbər verib.

Məlumata görə, "GTA VI" oyununa həsr olunmuş Reddit icmasının üzvləri süjetin başlanğıcında güclü fırtına və ya qasırğanın baş verəcəyini ehtimal edirlər. İstifadəçi yazıb ki, oyunun ikinci treylerində baş qəhrəmanlardan biri Ceyson evini təmir edir və bu səhnə çox güman ki, fırtınadan sonra baş verir.

"Düşünürəm ki, bu hadisə həm oyunun başlanğıcı, həm də Ceysonun oyunçulara ilk dəfə tanıdıldığı an ola bilər," – deyə o qeyd edib.

Həmçinin vurğulanıb ki, oyundakı hadisələr "Leonida" adlı ştatda cərəyan edir və bu məkan real həyatda Mayamiyə əsaslanır. Mayamidə isə tropik fırtınalar və qasırğalar tez-tez müşahidə olunur.

Notebookcheck yazır ki, "Rockstar Games" şirkəti əvvəlki oyunlarda da əsas personajları maraqlı və dramatik şəraitdə təqdim edib. Məsələn, GTA IV oyununda baş qəhrəman Niko Belik ABŞ-a gecə vaxtı gəmi ilə gəlir, GTA V-də isə hadisələr qış vaxtı baş verən silahlı soyğunla başlayır.

"GTA VI" oyununun 26 may 2026-cı ildə satışa çıxarılması planlaşdırılır. Yeni oyunda çox geniş və detallı virtual dünya olacaq. Oyunçular öz bank hesablarını idarə edə, müxtəlif onlayn xidmətlərdən və ünsiyyət vasitələrindən istifadə edə biləcəklər. "Rockstar Games" artıq bu sistemlər üçün bir neçə internet domeni də qeydiyyatdan keçirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv