Crossmedia.az analitik informasiya portalının bir yaşı tamam olur

Crossmedia.az analitik informasiya portalının bir yaşı tamam olur






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #İlham Əliyev, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Crossmedia.az analitik informasiya portalının fəaliyyətə başlamasından bir il ötür.

presstvaz xəbər verir ki, portal 2024-cü il noyabrın 1-də təsis olunub, qısa müddətdə özünəməxsus analitik üslubu, obyektiv informasiya təqdimatı və müasir media prinsiplərinə sadiqliyi ilə informasiya məkanında yer tuta bilib. Saytın əsas məqsədi cəmiyyət üçün düzgün, dəqiq və düşünülmüş informasiya axını yaratmaq, oxuculara təhlil və fikir mübadiləsi üçün platforma təqdim etməkdir.

Crossmedia.az yarandığı gündən etibarən obyektiv və qərəzsiz olmağa çalışıb. Dövlət və dövlətçiliklə bağlı məsələləri, o cümlədən Prezident İlham Əliyevin səfər, görüş və çıxışlarını işıqlandırmağı prioritet olaraq müəyyənləşdirib. Bu baxımdan portaldakı “Prezident gündəliyi” bölməsi xüsusi qeyd edilməlidir.

Analitik informasiya portalı öz fəaliyyətində təhlili və araşdırma materialların dərcinə xüsusi yer verir. Bu baxımdan “Cross Media” Təhlil Mərkəzinin analitikləri saytda müntəzəm olaraq cəmiyyəti maraqlandıran siyasi, geosiyasi, iqtisadi, sosioloji mövzularla bağlı araşdırma və təhlillərlə çıxış edirlər.

Crossmedia.az kollektivi həm də orijinallığını qorumağa çalışır. Saytdakı maraqlı rubrikaları – mediaya həsr olunan “Mətbuat-150”, qələbəmizi təqdim edən “Zəfər-5”, o cümlədən “Yüksəliş” müsabiqəsinin qalibləri ilə müsahibələri ehtiva edən “”Yüksəliş” hekayəsi”, həmçinin “Dünya iqtisadiyyatı və Azərbaycan”, “Doktor danışır” layihələri bu baxımdan səciyyəvidir.

Crossmedia.az sosial media platformalarında fərqli kontentlərlə çıxış edir.

Crossmedia.az, həmçinin, Milli Məclisin deputatları, partiya sədrləri, ictimai xadimlər və müxtəlif sahə üzrə ekspertlərlə mütəmadi əməkdaşlıq edərək, informasiya ilə yanaşı, müsahibə, açıqlama, rəyləri də təqdim edir.

Crossmedia.az-nın özəlliklərindən biri də gənc jurnalist nəslinin yetişməsinə töhfə verməsidir. Qələm tutmağı burada öyrənən gənclər artıq peşəkar media təmsilçisi kimi imzalarını tanıtmaqdadırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv