Hansı hallarda yorğunluq ciddi xəstəliklərdən xəbər verir? – Rusiyalı həkimdən XƏBƏRDARLIQ

Hansı hallarda yorğunluq ciddi xəstəliklərdən xəbər verir? – Rusiyalı həkimdən XƏBƏRDARLIQ






presstv

"Presstv"az #anemiya, #Audi, #Depressiya, #diabet, #Həkim, #Rusiya, #Sağlamlıq, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qısamüddətli yorğunluq normaldır. Bu cür yorğunluq istirahətdən sonra keçir və yuxuya, iştahaya və əhvali-ruhiyyəyə təsir etmir, lakin bəzən halsızlıq sağlamlıq problemləri ilə əlaqəli ola bilər.

presstvaz xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Tatyana Qubina “Podmoskovye seqodnya” internet nəşri ilə söhbətində danışıb.

“Əgər halsızlıq həftələrlə davam edirsə, yatandan və istirahət etdikdən sonra insana yüngüllük gəlmirsə, bu, patoloji yorğunluqdan xəbər verə bilər ki, bu zaman həkimə müraciət etmək lazımdır”, – deyə o xəbərdarlıq edib.

Mütəxəssis narahatlıq siqnalları kimi yorğunluq, çəki itkisi, baş gicəllənmə, təngnəfəslik, konsentrasiya pozğunluğu, qan təzyiqinin yüksəlməsi və ya ürək döyüntüsünü qeyd edib.

“Bu halda anemiya, qalxanvari vəzi pozğunluqları, şəkərli diabet, xroniki infeksiyalar, həmçinin D, B12 vitaminlərinin çatışmazlığını istisna etmək vacibdir”, – deyə həkim bildirib.

Qubina qeyd edib ki, həddən artıq psixo-emosional yüklənmələr və emosional tükənmə xroniki streslərə səbəb ola bilər ki, bu da hormonların balansını, maddələr mübadiləsini və sinir sisteminin işini pozur. Onun sözlərinə görə, uzun sürən zəiflik ürək çatışmazlığı, depressiya və onkologiya daxil olmaqla, ciddi xəstəliklərin əlaməti ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv