Şabran sakinləri təhlükəli vəziyyətlə üz-üzə qaldılar

Şabran sakinləri təhlükəli vəziyyətlə üz-üzə qaldılar






presstv

"Presstv"az #Audi, #Avto, #kanalda, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şabran rayonunun Ağbaş kənd sakinləri Samur-Abşeron kanalının kənd ərazisindən keçən hissəsinin ətrafının mühafizə olunmasını istəyirlər.

Onlar bildiriblər ki, mal-qaranı örüş sahələrinə aparmaq üçün hər gün kanalın üzərindəki körpüdən keçməli olurlar. Bu da sakinləri təhlükə ilə üz-üzə qoyur.

Sakinlərdən biri bildirib ki, xüsusən yayda heyvanları aparmaq problemdir.

“Bir kəndin 300-400 malı var. Hamısı dağa gedir, kənddə də kanaldan ancaq körpü ilə keçirik. Heyvanları yayda aparmaq çox problemlidir. Həm qaytarıb gətirəndə, həm aparanda heyvan suya görə atır özünü kanala”, – deyə o bildirib.

Samur-Abşeron kanalının istismarı idarəsinin baş mühəndisi Nizam Muxtarov bildirib ki, idarə tərəfindən 2026-cı ilin istismar tədbirləri planı çərçivəsində Taxtakörpü Ceyranbatan kanalının 115 plus 50-ci piketində yerləşən avtomobil körpüsünün sağ və sol tərəflərində ümumi olaraq 500 metr məsafədə çəpərləmə işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv