"Instagram"da yeni funksiya – əl ilə…

"Instagram"da yeni funksiya – əl ilə…






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İnstagram istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədilə yeni və maraqlı funksiya istifadəyə verib. Artıq proqram vasitəsilə əl ilə çəkilmiş mesajlar göndərmək mümkün olacaq.

presstvaz xəbər verir ki, yeni funksiya sayəsində istifadəçilər, birbaşa mesaj bölməsində istədikləri kimi şəkil və ya cizgi çəkərək qarşı tərəfə göndərə biləcəklər. Bu imkan həm fərdi, həm də qrup söhbətlərində aktiv olacaq.

İstifadəçilər üçün rəng palitrası, fırça qalınlığı tənzimlənməsi və silgi aləti kimi vasitələr də təqdim olunub. Bu alətlər, mesajlara daha yaradıcı və fərqli bir toxunuş qatmağa şərait yaradır.

Instagram-ın "rəsmli mesaj" funksiyasının xüsusilə gənc istifadəçilər arasında böyük maraq doğuracağı gözlənilir. Yeni xüsusiyyət, istifadəçilərə emosiyalarını və fikirlərini daha yaradıcı şəkildə ifadə etmək, eyni zamanda sosial əlaqələri gücləndirmək imkanı verir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv