Ən etibarlı hibrid avtomobillər: Onlar sizi təqaüdə qədər aparar

Ən etibarlı hibrid avtomobillər: Onlar sizi təqaüdə qədər aparar






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Dollar, #Elektrikli avtomobil, #Elektrikli avtomobillər, #Hyundai, #Tesla, #Toyota, #Toyota Camry

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hibrid avtomobillər həm daxiliyanma mühərriklərinin gücünü, həm də elektrik sistemlərinin səmərəliliyini birləşdirərək sürücülərə yanacağa qənaət və ekoloji baxımdan daha təmiz bir alternativ təqdim edir. Lakin bir çox sürücü bu avtomobillərin uzunömürlülüyü barədə tərəddüd edir.

presstvaz xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, hibrid avtomobillər bazarda ən etibarlı modellər arasında yer alır. Düzgün qulluq göstərildiyi halda bu avtomobillərin illərlə ciddi nasazlıq yaşamadan işlədiyi və “təqaüdə qədər dayana biləcəyi” vurğulanır.

Ekspertlər hibrid avtomobil almaq istəyən sürücüləri batareya ömrü və dəyişmə xərci barədə məlumatlı olmağa çağırır. Bildirilir ki, batareya dəyişimi bir neçə min dollara qədər çata bilər, buna görə uzunmüddətli batareya zəmanəti olan modellərin seçilməsi tövsiyə olunur.

Həmçinin, ikinci əl bazarında dəyərini qoruyan modellərin daha sərfəli olduğu qeyd edilir.

Mütəxəssislər bildirirlər ki, hibrid avtomobillər az yanacaq sərfiyyatı axtaranlar üçün ideal seçimdir. Bu modellər ənənəvi benzinli avtomobillərlə müqayisədə xeyli az yanacaq sərf edir və həm şəhərdaxili, həm də uzun məsafəli sürüşlərdə ciddi qənaət imkanı yaradır.

Mütəxəssislərin etibarlılığına görə seçdiyi hibrid avtomobillər bunlardır:

Kia Sportage

Hyundai Sonata

Honda Accord

Toyota Corolla

Toyota Camry

Kia Soul

Hyundai Elantra

Toyota Prius

Bu modellərin illərlə nasazlıq yaratmadan işlədiyi və baxım xərclərinin aşağı olduğu bildirilir.

Mütəxəssislər həmçinin qiymət-performans nisbətinə görə ən yaxşı ikinci əl elektrikli avtomobilləri də qiymətləndirib.

Sınaqlarda performans, məsafə və davamlılıq baxımından öndə gələn modellər arasında:

Tesla Model 3

Polestar 2

Volkswagen ID.4

Bu avtomobillərin geniş istifadəçi kütləsinə uyğun olduğu və ikinci əl bazarında dəyərini qoruduğu vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv