“Tesla” ilk dəfə meteoritlə toqquşub: Avtomobil avtopilot rejimində hərəkətini davam etdirib

“Tesla” ilk dəfə meteoritlə toqquşub: Avtomobil avtopilot rejimində hərəkətini davam etdirib






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avstraliya, #Avto, #Hadisə, #Həkim, #Tesla

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avstraliyada “Tesla” avtomobilinin sürücüsü maşının ön şüşəsinə meteoritin çırpıldığını bildirib.

presstvaz-ın “Yahoo! News”a istinadən verdiyi xəbərə görə, həkim Endrü Melvill-Smit və həyat yoldaşı şosedə yenicə salondan götürdükləri “Tesla Model Y” avtomobili ilə saatda 110 km sürətlə hərəkət ediblər.

Qeyd olunur ki, hadisə baş verən gecə qaranlıq olub, lakin hava açıq idi. Avtomobilin ön şüşəsinə birdən nə isə çırpılıb və qəlpələr salonun içinə dağılıb.

“Sonra çox, çox güclü partlayış baş verdi. Avtomobilin bütün salonu sözün əsl mənasında şüşə qəlpələri ilə dolu idi. İçəri ağ tüstü ilə dolmuşdu və sanki maşın yanırmış kimi qoxu gəlirdi”, – deyə Melvill-Smit bildirib.

Bildirilir ki, səsdən həkim və onun həyat yoldaşı təxminən 10 saniyəlik eşitmə qabiliyyətini itiriblər. Avtomobil pilotsuz idarəetmə sistemini aktivləşdirib və sürücünün iştirakı olmadan hərəkətini davam etdirib.

“Mən qəzaya düşdüyümüzü düşündüm, sonra ekrana baxdım və fikirləşdim: “Ah, biz hələ də gedirik…”

Dayandığımızda ön şüşədə böyük bir dəlik gördük”, – deyə kişi əlavə edib.

Cənubi Avstraliya muzeyi araşdırma aparır. Geoloq Kiran Mini iddia edir ki, yanmış şüşə və avtomobilin üzərindəki zədələr həqiqətən meteoritin düşməsinə işarə edir.

“Hazırda məni buna ən çox inandıran şey, ön şüşəyə vuran cismin çox isti olmasıdır”, – deyə o bildirib.

Lakin obyektin özü hələ də tapılmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv