Restoranda qadının xoşagəlməz ifadələri oğlunun döyülməsi ilə nəticələndi

Restoranda qadının xoşagəlməz ifadələri oğlunun döyülməsi ilə nəticələndi






presstv

"Presstv"az #Audi, #Cinayət işi, #Hadisə, #Hakim, #Məhkum

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Astara Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən – Kərim Fərəczadə, Tahir Malikov, Əjdər Cabbarov və onun qardaşı Pənah Cabbarovun (hər birinin adı və soyadları şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Kərim Fərəczadə 3 il 5 ay 26 gün, Tahir Malikov 11 ay 26 gün, Əjdər Cabbarov 1 il 5 ay 26 gün və Pənah Cabbarov 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum ediliblər.

İttiham aktına görə, hadisə 18 may 2025-ci il tarixdə, saat 20 radələrində Astara rayonu, Çayoba kəndində yerləşən restoranda keçirilən toy şənliyi zamanı qeydə alınıb.

Kərim Fərəczadə tanışları – Tahir Malikov, Əjdər Cabbarov və Pənah Cabbarovla bir qrup şəxs halında restoranın həyətində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib.

Belə ki, Kərim Fərəczadə tanışı, zərərçəkmiş Habil Yusifovun (adı və soyadı şərtidir) anasının onların barəsində xoşagəlməz ifadələr işlətdiyini eşidib. Kərim bu məsələni aydınlaşdırmaq məqsədilə Habili restoranın həyətinə çağırıb. Kərim zərərçəkmişin anasının söylədiyi sözləri bəhanə edərək heç bir əsaslı səbəb olmadan və insanların gözü qarşısında ictimai qaydanı kobud surətdə pozub. O, Habilin üz nahiyəsinə bir dəfə yumruqla zərbə endirib. Zərbənin təsirindən zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra isə qrupun digər üzvləri – Tahir Malikov, Əjdər Cabbarov və Pənah Cabbarovla birlikdə Habilin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurub.

Ətrafda olan şəxslərin müdaxiləsi nəticəsində tərəflər ayrıldıqdan sonra Habil nalayiq ifadələr işlədib və butulka ilə onlara hücum edib. Bu zaman həmin şəxslər qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, zərərçəkmiş şəxsə təkrarən yumruq və təpiklə zərbələr endiriblər. Nəticədə onlar Habilə bədən xəsarətləri yetiriblər.

Hadisədən sonra dəstə üzvləri saxlanılıblar və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv