Vinisius “El-Klasiko”da baş verən qalmaqala görə üzr istədi

Vinisius “El-Klasiko”da baş verən qalmaqala görə üzr istədi






presstv

"Presstv"az #"Real Madrid", #Audi, #Braziliya, #Futbol, #İspaniya, #Vinisius Junior

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real Madrid”in braziliyalı futbolçusu Vinisius Junior İspaniya çempionatının X turunun “Barselona” ilə oyununda (“El-Klasiko”) etdiyi davranışa görə üzr istəyib.

presstvaz xəbər verir ki, bu barədə ulduz futbolçu sosial şəbəkə hesabında paylaşım edib.

Oktyabrın 26-da “Real Madrid” öz meydanında “Barselona”ya 2:1 hesabı ilə qalib gəlib, Vinisius 72-ci dəqiqədə əvəzlənib. Braziliyalı oyunçu qərara emosional reaksiya verib və baş məşqçi Xabi Alonsoya klubdan getmək istəyi barədə məlumat verib.

“Barselona” ilə oyunda əvəzləndiyim zaman göstərdiyim reaksiyaya görə bütün “Real Madrid” azarkeşlərindən, komanda yoldaşlarımdan, klub rəhbərliyindən bir daha üzr istəyirəm. Bəzən emosiyalar öz sözünü deyir. Həmişə qalib gəlmək və komandama kömək etmək istəyirəm. Xarakterim bu kluba olan sevgimdən qaynaqlanır və hər zaman “Real Madrid” uğrunda mübarizəni davam etdirəcəyimə söz verirəm”, – deyə Vinisius bildirib.

Xatırladaq ki, 25 yaşlı futbolçu 2018-ci ildən “Real Madrid”də çıxış edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv